Türkiyənin daxili işlər naziri Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin daxili işlər naziri Bakıya gəlir

Maraqlı

05 Sentyabr 2023 12:14 314


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

Yenisabah.az xəbər verir ki, o, sentyabrın 6-8-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.

Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək. pizza mizza

Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!