Türkiyənin “Haber Global” kanalı Ağdamda - Video

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin “Haber Global” kanalı Ağdamda - Video

Rəsmi

21 Noyabr 2020 18:33 1424


Türkiyənin “Haber Global” kanalının müxbirləri işğaldan azad edilən Ağdamın Cümə məscidində olublar.

Yenisabah.az kanala istinadən məlumat verir ki, müxbirlər, rayon işğaldan azad ediləndən sonra ilk dəfə azan oxunan və namaz qılınan Cümə məscidindən reportaj hazırlayıblar.

Reportyor bildirib ki, artıq rayon Azərbaycan ordusuna təhvil verilib və hazırda Ağdamda nəzarət tam olaraq Azərbaycan ordusunun əlindədir. O, əlavə edib ki, azərbaycanlı əsgərlər ilk olaraq Ağdamdakı Cümə məscidinə gəlib və cümə namazlarını da məsciddə qılıblar. Toyuqlu pizza

Müxbir qeyd edib ki, bu məscid Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir və işğaldan sonra məscidin dağıntıya məruz qaldığı açıqca görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!