“Türkiyənin iqtisadiyyatını tamamilə məhv edəcəm” – Tramp hədələdi

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyənin iqtisadiyyatını tamamilə məhv edəcəm” – Tramp hədələdi

Siyasət

07 Oktyabr 2019 20:55 1325


ABŞ prezidenti Donald Tramp Ankaranın “icazə verilənlər çərçivəsindən kənara çıxacağı” təqdirdə “Türkiyə iqtisadiyyatını məhv edəcəyi” ilə hədələyib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, amerikalı lider bu barədə şəxsi “Twitter” hesabında paylaşım edib.

“Əvvəl də qəti şəkildə söyləmişdim və indi də bunu təkrarlayıram. Əgər böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, Türkiyə sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm”, - Tramp belə yazıb. Pepperoni pizza

Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri “saxlanılmış İŞİD-çilərə və onların ailələrinə diqqət etməlidirlər”.

“ABŞ gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi. İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi”, - deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Donald Tramp və türkiyəli həmkarı RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Evin yayımladığı açıqlamada bildirilir ki, son iki ildə əsir götürülən bütün İŞİD döyüşçülərinə görə Türkiyə məsuliyyət daşıyacaq.

Ərdoğan isə bildirib ki, Suriyanın şimalında, Fəratın şərqində Türkiyənin əməliyyatı ilə bağlı yaxın günlərdə qərar veriləcək. O, əlavə edib ki, əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!