Azərbaycanın Zəfər bayramı dünyanın müxtəlif ölkələrində təntənə ilə qeyd olunur. Bir neçə gün əvvəl start verilən silsilə tədbirlər bu gün də davam etdirilir.
Yenisabah.az xəbər verir ki, bu gün Türkiyənin Yozqat şəhərində fəaliyyət göstərən Bozok Univerisitetində də bayram şöləni təşkil olunub. Çoxlu sayda müəllim və tələbənin qatıldığı tədbir maraqlı anlarla yadda qalıb.
Bozok Universitetinin rektoru, Professor Ahmet Karadağ iki ölkə arasındakı münasibətlərin tarixinə nəzər salaraq Azərbaycan və Türkiyənin təmənnasız dost, qardaş olduğunu diqqətə çatdırıb. Karadağ bayram münasibətilə sözügedən təhsil ocağında oxuyan azərbaycanlı tələbələri təbrik edib. O, hər iki ölkənin tarixinə nəzər salaarq, dostluq, qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Toyuqlu pizza
Mərasim ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız