Türkiyənin vitse-prezidenti və ticarət naziri Azərbaycana gələcəklər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin vitse-prezidenti və ticarət naziri Azərbaycana gələcəklər

Siyasət

06 Dekabr 2025 17:36 707


Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edəcək.

Bu barədə Oxu.Az-a Müstəqil Sənayeçi və İş Adamları Dərnəyindən (MÜSİAD) məlumat verilib.

Cevdet Yılmazla yanaşı, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana gəlməsi ehtimal olunur. pizza hut

Onların səfəri dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək MÜSİAD-ın Azərbaycan nümayəndəliyinin qurultayı ilə bağlıdır.

Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbərləri, eləcə də Türkiyənin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Qurultayda MÜSİAD-ın yeni İdarə Heyətinin sədri və üzvlərinin seçilməsi, həmçinin qurumun növbəti dövr üçün strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!