Türkiyəyə PUA-ların kameralarını satmaqdan imtina edən Kanada şirkəti müflis oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə PUA-ların kameralarını satmaqdan imtina edən Kanada şirkəti müflis oldu

Dünya

28 Oktyabr 2021 09:19 1371


Vətən Müharibəsində Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar” TB2 pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi üçün Türkiyəyə embarqo tətbiq edən Kanadanın "Telemus Systems Inc." şirkəti müflis olub.

Bu barədə Trend audit, vergi və tərcümə xidmətləri göstərən KPMG-nin hesabatına istinadən bildirib.

Qeyd edək ki, "Telemus Systems Inc." şirkəti Türkiyə istehsalı olan PUA-ları müşahidə kameraları və digər elektron avadanlıqlarla təchiz edib və onun əsas müştəriləri Türkiyə müəssisələri olub. Kanada hökuməti həmin ilin oktyabrında Türkiyəyə Vətən Müharibəsində Azərbaycana dəstəyinə görə silah embarqosu qoyub. Bundan sonra "Telemus Systems Inc." şirkəti məhsullarını satarkən problemlərlə üzləşməyə başlayıb. pizza

2020-ci ildə "Telemus Systems Inc." şirkətinə 360 min dollar, bu il iyulun 31-də isə 1,1 milyon dollar məbləğində ziyan dəyib. Şirkət bu ilin avqustunda istehsalı dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!