Türkiyəyə yardıma görə Paşinyanı tənqid etdilər

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəyə yardıma görə Paşinyanı tənqid etdilər

Rəsmi

13 Fevral 2023 12:57 926


Ermənistan müxalifəti Paşinyan hakimiyyətini Türkiyəyə zəlzələ ilə bağlı başsağlığı verdiyinə və humanitar yardım göndərdiyinə görə tənqid edib. 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın liderliyi ilə qurulan parlamentdəki "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan İrəvanın zəlzələ ilə bağlı addımlarını "qədərindən artıq" adlandırıb. 

O, Türkiyənin 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycana göstərdiyi fəal dəstəyi xatırladıb və Ankaranın İrəvana "düşmən münasibəti" göstərdiyini bəyan edib.  pizza

"Ankaraya qarşı bu cür münasibət indi heç bir məntiqi çərçivəyə sığmır. Türkiyənin Ermənistan istiqamətində bundan sonrakı siyasəti ona göstərilən humanitar yardım və ya Ermənistanın ali rəhbərliyinin çoxsaylı başsağlığı ilə müəyyən edilməyəcək", - deyə erməni deputat hakimiyyəti tənqid edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!