Türkmənistanın yeni parlamenti Məclis və Xalq Maslixatı olmaqla ikipalatalı sistemə keçəcək. Yeni sistemə keçid Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xalq Maslixatının iclasında irəli sürülüb.
"Yeni Sabah" xəbər verir ki, bununla da Türkmənistanın birpalatalı Məclisi ikipalatalı parlamentə çevriləcək. Məclis və Xalq Maslixatı müxtəlif səlahiyyətlərə malik olsalar da, parlamentə bərabər hüquqla daxil olacaqlar. Türkmənistanda aparılan Konstitusiya islahatı məhz bu dəyişiklikləri nəzərdə tutur.
Yeni parlament Milli Şura (Milli Geňeş) adlanacaq. Onun qanunverici palatasının Məclis, nümayəndələr palatasının isə Xalq Maslixatı adlandırılması təklif olunur./Azərtac pizza
Telegram kanalımız