"Twitter" işçilərinin ofisə gəlməsini qadağan etdi

saytların hazırlanması

Evə çatdırılma

"Twitter" işçilərinin ofisə gəlməsini qadağan etdi

Dünya

04 Mart 2020 01:48 610


"Twitter" mikrobloqlar xidməti koronavirus epidemiyası səbəbindən işçilərinin ofisə gəlməsini qadağan edərək onları evdən işləmək rejiminə keçirib. Bu barədə şirkətin açıqlamasında bildirilir. "Yeni Sabah" xəbər verir ki, Honkonq, Yaponiya və Cənubi Koreyadan olan işçilər verilmiş tapşırıqları evdən yerinə yetirəcəklər, indi "Twitter" rəhbərliyi bu vəziyyətdən çıxış üçün bir sistem qurmağa çalışır. Digər ölkələrdə çalışan işçilərin ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmaq vacib deyilsə, evdən işləmək daha məqsədəuyğundur. Ofisdə olması vacib olan əməkdaşların təhlükəsizliyi üçün bütün otaqlarda təmizlik və dezinfeksiya işləri aparılır. Şirkətin bu siyasəti dərhal qüvvəyə minir və "COVID-19" epidemiyasına qarşı əlçatan və təsirli peyvənd çıxarılanadək qüvvədə olacaq. /"ICTnews"
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!