Audiovizual Şura 3 telekanal və bir radio ilə bağlı qərar çıxarıb.
"Yeni Sabah" xəbər verir ki, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Q
Son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalının lisenziyası ləğv edilib. Dominos pizza
Daha sonra iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub:
O cümlədən "Dünya TV"də yayımlanan "Alo doktor" proqramına görə yanvarın 15-i saat 21.00-dan saat 24.00-dək televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq. Sanksiya "MTV"yə də şamil oluncaq.
"Space FM" radio kanalı da reklam qanunvericiliyini pozduğu yayımı 3 saatlıq dayandırılacaq.
"Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı Şurada müzakirə olunub. Audiovizual Şura "Space TV"nin televiziya kanalının yayımını yanvar 14-ü saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.
Telegram kanalımız