Üç vəkil cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Üç vəkil cəzalandırıldı

Siyasət

19 Fevral 2026 16:42 284


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Yeni Sabah”a kollegiyadan məlumat verilib. 

İclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Dördpendirli pizza

Gündəliyə uyğun olaraq bir vəkilin dövlət qulluğunun xüsusi növünə xidmətə qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması məsələsinə baxılıb. Həmçinin bəzi vəkillərin vəkil kabineti yaratmaları, Vəkil bürolarının fəaliyyət göstərdikləri ünvanların dəyişdirilməsi, eləcə də digər vəkil qurumlarına keçməsi ilə bağlı müraciətləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Bundan əlavə, iclasda “Dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın Vəkillər Kollegiyası tərəfindən vəkillərə ödənilməsi prosedurları üzrə sənədləşmə işlərinin aparılması barədə” Təlimata dəyişiklik edilməsi məsələsinə baxılıb, habelə Vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2025-ci ildə hüquqi yardım göstərilməsi ilə əlaqədar fəaliyyətlərinin illik statistik hesabatı təhlil olunub. Aparılan müzakirələr və təqdim edilən məlumatlar əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!