Ucarda 16 yaşlı qız ərə verildi - Araşdırma gedir

saytların hazırlanması

Evə çatdırılma

Ucarda 16 yaşlı qız ərə verildi - Araşdırma gedir

Sosial

19 Dekabr 2022 12:24 838


Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, toy dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib. Sezar pizza

Bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!