Ucarda sahibsiz itlərin qapdığı şəxsin axırı nə oldu?

saytların hazırlanması

Evə çatdırılma

Ucarda sahibsiz itlərin qapdığı şəxsin axırı nə oldu?

Sosial

24 Dekabr 2025 11:49 352


TƏBİB Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin vəziyyəti açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, 61 yaşlı Rəhman Əsgərov Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhunə peyvənd olunub. pizza mizza

Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".

Xatırladaq ki, hadisə Ucarın 28 May küçəsində qeydə alınıb.

Yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalan 61 yaşlı Rəhman Əsgərov müxtəlif xəsarətlər alıb. Ətrafdakı sakinlərin ilkin yardımından sonra onu xəstəxanaya aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!