Ucarda yarımstansiya yandı

saytların hazırlanması

Evə çatdırılma

Ucarda yarımstansiya yandı

Hadisə

01 İyun 2025 10:20 339


Ucarda elektrik yarımstansiyasında güclü yanğın baş verib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, Müsüslü kəndində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus yarımstansiyada yağ açarlarının birində baş verən partlayış nəticəsində yanğın başlayıb.

Hadisə yerinə FHN- nın Ucar və Kürdəmir Rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın lokallaşdırılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. pizza hut

Qeyd edək ki, hadisə nəticəsində Göyçayın 2, Ucarın isə 4 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. Fakt araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!