UEFA-da Azərbaycanla bağlı dəyişiklik -   Gələn mövsümdən...

saytların hazırlanması

Evə çatdırılma

UEFA-da Azərbaycanla bağlı dəyişiklik - Gələn mövsümdən...

İdman

06 Dekabr 2019 09:38 1328


Avrokuboklarda 2020/2021 mövsümü üçün komandaların ölkələr üzrə bölgü siyahısı tərtib edilib. 

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan klublarının da mötəbər turnirlərdə hansı mərhələdən mübarizəyə qoşulacağı müəyyənləşib.

Mövsüm sonunda Premyer Liqanın qalibi olacaq komanda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, çempionatın 2 və 3-cü yer - gümüş və bürünc mükafatçıları UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.  Marqarita pizza

Ötən mövsümlə müqayisədə yeganə və önəmli dəyişiklik Azərbaycan kubokunun sahibi ilə bağlı olacaq. Belə ki, Azərbaycan kubokunun sahibi  Avropa Liqasında 2-ci yox, 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 

Xatırladaq ki, ötən il kuboku qazanan “Qəbələ” 2-ci təsnifat mərhələsində meydana çıxmışdı.

Buna səbəb Azərbaycanın UEFA reytinqində geriləməsi olub. Belə ki, 2018-ci ilin yayında Avropada 23-cü olan ölkəmiz bu yay 26-cı yerdə qərarlaşıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!