UEFA "Qarabağ" – APOEL (Kipr) arasında keçiriləcək Avropa Liqasının 3-cü tur matçına dair statistik məlumatlarda yanlışlığa yol verib.
“Yeni Sabah” xəbər verir ki, qurumun rəsmi saytı Qurban Qurbanovun Ağdam klubunun baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb.
Amma təcrübəli çalışdırıcı üçün yubiley matçı ötən tur Lüksemburqda "Düdelanj"la olan matça təsadüf etmişdi. Həmin matçda isə “Köhlən atlar” 1:4 hesabı ilə qalib gəlmişdi. pizza sifarişi
Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun 20:55-də start götürəcək.
Telegram kanalımız