UEFA “Qarabağ“ın rəqibini cəzalandırdı

saytların hazırlanması

Evə çatdırılma

UEFA “Qarabağ“ın rəqibini cəzalandırdı

İdman

06 Avqust 2022 08:42 1145


UEFA Macarıstanın “Ferentsvaroş” klubunu Çempionlar Liqasının təsnifat mərhələsində “Slovan”la görüşdə azarkeşlərin davranışına görə cərimələyib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi azarkeşlər tərəfindən irqçilik nümayiş etdirildiyinə, həmçinin pirotexniki vasitələrdən istifadə edildiyinə və əşyalar meydançaya atılmasına görə 79 min avro cərimələnib.

UEFA, həmçinin növbəti səfər matçında “Ferentsvaroş” azarkeşlərinə bilet satışının qadağan edilməsinə qərar verib. Bundan əlavə, macarlar bir matç üçün tribunaların qismən bağlanması ilə cəzalandırılıb. Macarıstan klubunun növbəti ev oyununda “İrqçiliyə yox” pankartı asılmalıdır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!