UEFA Türkiyə millisinə intizam işi açdı - Əsgər salamına görə

saytların hazırlanması

Evə çatdırılma

UEFA Türkiyə millisinə intizam işi açdı - Əsgər salamına görə

İdman

15 Oktyabr 2019 15:36 1320


UEFA futbol üzrə Türkiyə milli komandasına qarşı intizam işi açıb. 

“Yeni Sabah” xəbər verir ki, Türkiyə yığmasının Avro-2020-nin seçmə mərhələsində Fransa ilə matçda (1:1) vurduqları qolu əsgər salamı ilə qeyd etməsi buna səbəb olub. Onlar Türkiyə ordusunun "Barış pınarı" əməliyyatına dəstəklədiklərini bu yolla göstərib.

UEFA-nın bununla bağlı Türkiyə Futbol Federasiyasını xəbərdar etdiyi, məsələ ilə bağlı izahat istənildiyi vurğulanıb.  pizza

Qeyd edək ki, UEFA-nın bu addımı atmasında Almaniya və Fransanın müraciəti, eyni zamanda mütəxəssislərin sosial şəbəkələrdəki çağırışları olub.

Xatırladaq ki, yığma üzvləri Albaniyanı 1:0 hesabı ilə məğlub etdikləri Avro-2020-nin seçmə oyununda da qolu əsgər salamı ilə qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!