UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA türkiyəli futbolçuların əsgər salamı ilə bağlı qərar verdi

İdman

12 Dekabr 2019 15:16 1522


Türkiyə milli komandasının futbolçularının AVRO-2020-nin seçmə mərhələsində Albaniya və Fransa millisi ilə matçda vurulan qoldan sonra əsgər salamı verməsi ilə bağlı araşdırma başa çatıb. 

"Yeni Sabah" xəbər verir ki, UEFA bu hərəkətə görə hansısa cəzanın verilməsini məqsədəuyğun saymayıb. 

Müzakirələr zamanı əsgər salamının qaydalara zidd olmadığı üzə çıxıb. Bu səbəbdən də “ay-ulduzlular”a ehtimal olunan cəzaya ehtiyac qalmayıb. Bildirilib ki, bu, emosiyalardan irəli gələn bir jestdir. /Apasport.az pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!