UEFA türklərin əsgər salamına görə qərarını açıqladı, cərimə kəsdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA türklərin əsgər salamına görə qərarını açıqladı, cərimə kəsdi

İdman

21 Dekabr 2019 07:47 1211


UEFA futbol üzrə Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarını açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sözügedən qurum buna görə komanda üzvlərini qınayıb, həmçinin Türkiyə Futbol Federasiyasına (TFF) cərimə kəsib.

Qitə futbol təşkilatının yaydığı məlumatda bildilir ki, əsgər salamı verən futbolçular - Merih Demiral, Umut Meraş, Burak Yılmaz, Mert Günok, Zeki Çelik, Cenk Tosun, Mahmut Tekdemir, Uğurcan Çakır, Yusuf Yazıcı, Hakan Çalhanoğlu, Okay Yokuşlu, Ozan Tufan, Sinan Bolat, Emre Belözoğlu, Deniz Türüç və İrfan Can Kahveciyə qınama cəzası verilib. Toyuqlu pizza

Əsgər salamı ilə yanaşı, Türkiyə ilə Fransa arasındakı oyunda tribunalarda yaşanan olaylara görə də TFF 50 min avro cərimə olunub.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə ev (1:0) və Fransa ilə səfər oyununda (1:1) vurduqları qolları əsgər salamı ilə qeyd etmişdilər. UEFA isə bununla əlaqədar sözügedən komandaya qarşı intizam işi başlandığını bəyan etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!