Uels millisində Azərbaycanla oyunöncəsi daha bir itki

saytların hazırlanması

Evə çatdırılma

Uels millisində Azərbaycanla oyunöncəsi daha bir itki

İdman

13 Noyabr 2019 10:05 884


Uels millisi Azərbaycan və Macarıstan yığmaları ilə Avro-2020-nin seçmə mərhələ oyunları ərəfəsində daha bir futbolçusunu itirib. 

“Yeni Sabah” xəbər verir ki, Nil Teylor qarşıdakı matçlar üçün elan edilən heyətdən çıxarılıb. “Aston Villa”nın (İngiltərə) formasını geyinən müdafiəçinin şəxsi işləri ilə bağlı oyunlarda iştirak etməyəcəyi bildirilir. 

Qeyd edək ki, ondan əlavə, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”, İngiltərə), Co Uilyams (“Sanderlend”, İngiltərə) və müdafiəçi Co Rodon (“Suonsi”, Uels) zədə səbəbi ilə, Co Allen (“Stok Siti”, İngiltərə) isə cəzalı olduğu üçün Azərbaycan yığması ilə oyunu buraxacaq. pizza sifarişi

Xatırladaq ki, Uels yığması noyabrın 16-da Bakıda Azərbaycanla, 3 gün sonra isə səfərdə Macarıstanla qarşılaşacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!