Uitkoff: Ukrayna nizamlanmasının yekun mərhələsindəyik

saytların hazırlanması

Evə çatdırılma

Uitkoff: Ukrayna nizamlanmasının yekun mərhələsindəyik

Dünya

22 Yanvar 2026 12:01 343


ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff Ukraynadakı böhranın həllinin son mərhələsinə qədəm qoyduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib:

"Artıq prosesin sonundayıq. Həqiqətən nikbinəm". pizza sifarişi

O əlavə edib ki, "çoxlu irəliləyiş əldə edilib".

Uitkoff bir məsələnin həll olunmadığını və tərəflərin istəsə, həll edilə biləcəyini açıqlayıb. Xüsusi nümayəndə həmin məsələnin nə olduğunu dəqiqləşdirməyib.

O bu gün Moskvaya gedəcəyini təsdiqləyib.

Xüsusi elçi Rusiyaya səfərindən sonra Ukrayna üzrə işçi qrupunun görüşlərinin keçiriləcəyi BƏƏ-yə gedəcəyini açıqlayıb.

Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Putinin mətbuat katibi Dmitri Peskov da Uitkoffun Trampın kürəkəni Cared Kuşnerin müşayiəti ilə Moskvaya gələcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!