Ukrayna axtarışda olan şəxsi Azərbaycana təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna axtarışda olan şəxsi Azərbaycana təhvil verdi

Maraqlı

25 Avqust 2023 14:37 577


Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycanın vətəndaşı Nəsirov Xəyal Səxavət oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib. pizza

Xəyal Nəsirovun öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan yayındığına görə beynəlxalq axtarışa verilib.

Avqustun 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Xəyal Nəsirov Ukraynadan ölkəmizə gətirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!