“Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq” - Tramp

Siyasət

25 Noyabr 2025 22:33 805


Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaya çox yaxınıq.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp qarşıdan gələn Şükranlıq bayramı şərəfinə keçirilən hinduşkanın əfv mərasimindəki çıxışında bildirib.

"Düşünürəm ki, razılığa çox yaxınıq. Bunu tezliklə öyrənəcəyik", - Tramp bildirib. Marqarita pizza

O, sülhə nail olmağın daha asan olacağına ümid etdiyini təkrarlayıb.

"ABC News" xəbər verir ki, ABŞ və Ukrayna mümkün sülh planının şərtləri barədə razılığa gəliblər. Telekanalın məlumatına görə, sənəd 19 bəndədək qısaldılıb. Böyük Britaniyanın baş naziri Keir Starmer də planın Amerika və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırıldığını açıqlayıb./Teleqraf 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!