Ukrayna sərt karantinə keçir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna sərt karantinə keçir

Dünya

29 Oktyabr 2021 18:03 770


Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Kiyev meri Vitaliy Kliçko bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunacaq. pizza

Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanlara işə və ictimai yerlərə getməyə icazə veriləcək.

Yalnız peyvənd edilmiş və ya test vermiş valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər.

İctimai nəqliyyatda yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edə biləcək. Yoxlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılacaq./Mənbə: Korrespondent.net

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!