Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasil Malyuk vəzifəsindən azad edilib.
“Yeni Sabah” xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında yazıb.
Dövlət başçısı bildirib ki, V.Malyukla görüşüb, vəzifədə olduğu müddətdə göstərdiyi xidmətlərə görə ona təşəkkür edib. pizza mizza
“Vasil Malyukla görüşdüm. Mən ona döyüş xidmətinə görə təşəkkür etdim və bu iş xəttinə xüsusi diqqət yetirməsini təklif etdim. Ukraynanın işğalçıya qarşı asimmetrik əməliyyatları daha çox olmalıdır. Asimmetrik əməliyyatlarımızı dünyanın ən güclüsü etmək üçün Vasil Maliuka tapşırdım. Lazımi resurslar və siyasi dəstək öz yerindədir. Birlikdə Ukrayna Təhlükəsizlik Xidmətinin yeni rəhbəri təyin olunması üçün potensial namizədləri də müzakirə etdik. Eşq olsun Ukraynaya!”, - V.Zelenski yazıb.
Qeyd edək ki, V.Malyuk 2022-ci ilin iyulunda Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbər təyin olunmuşdu.
Xatırladaq ki, asimmetrik müharibə, müharibə edən tərəflər arasında güc balansının olmaması və ya onların hərbi texnologiya baxımından çox fərqlənməsi zamanı ortaya çıxır. Bu termin ilk dəfə Andrey Mak tərəfindən “Niyə böyük dövlətlər kiçik müharibələrdə uğursuzluğa düçar olur” kitabında istifadə edilib.
Adətən, böyük dövlətlərin Silahlı Qüvvələri ilə kiçik dövlətlər və yaxud terrorçu qruplaşmalar arasında baş verən müharibələr asimmetrik müharibə adlanır. Belə müharibələrdə say və güc baxımından zəif olan tərəf digər tərəfi tamamilə yox edə bilməyəcəyini bildiyi üçün ona mümkün qədər çox zərər verməyə çalışır.
Asimmetrik müharibələrə hazırda Yəmən və Əfqanıstandakı müharibələri misal göstərmək olar.
Maraqlı nüans odur ki, böyük dövlətlər qarşı tərəfi zəif gördüyü üçün bəzən kifayət qədər əhəmiyyət vermir və bu, “kiçik” müharibələrdə uğursuzluq və ya ciddi hərbi itkilərlə üzləşməyə səbəb olur.
Nazim Hacıyev
Telegram kanalımız