Ukrayna Təhlükəsizlik Xidməti rəisinin səlahiyyətlərini icra edən Yevgeni Xmara xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, bu, onun ölkə Prezidenti Volodimir Zelenski ilə görüşündən yayılan fotolardan məlum olub.
Dövlət başçısı yanvarın 10-da Yevgeni Xmaranı qəbul edib. Təhlükəsizlik Xidmətinin rəhbəri görüşə qolu sarıqlı və boynundan asılı vəziyyətdə gəlib. pizza mizza
Onun hansı şəraitdə xəsarət aldığı məlum deyil.
Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb ki, Yevgeni Xmara ilə görüşdə Rusiyaya qarşı həyata keçirilən əməliyyatları müzakirə ediblər. Təhlükəsizlik Xidmətinin rəisi bununla bağlı raport verib.
Prezident bildirib ki, Rusiyaya qarşı əməliyyatlar yaxşı təşkil olunub və istənilən nəticələr əldə olunub.
"Hələlik bunlarla bağlı xalqa açıqlama vermək tezdir. Zamanı gələndə danışarıq", - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı yeni əməliyyatların keçirilməsini də təsdiqləyiblər.
Xatırladaq ki, Yevgeni Xmara yanvarın 5-dən Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edir.
O, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin tərkibində fəaliyyət göstərən elit “Alfa” xüsusi təyinatlı dəstəsinin rəisi olub.
Rusiya qarşı bir sıra uğurlu əməliyyatlar Yevgeni Xmaranının adı ilə bağlıdır. Moskva onu əsas düşmənlərindən biri sayır və aradan götürmək üçün çoxlu cəhdlər edib.
Telegram kanalımız