Ukrayna vətəndaşının başını kəsdilər - Masallıda

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna vətəndaşının başını kəsdilər - Masallıda

Kriminal

11 Noyabr 2019 05:46 1230


Masallıda fəhlələr arasında yaranmış mübahisə insidentlə nəticələnib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şərəfə kəndində qeydə alınıb.

Boradigah qəsəbə sakini Rafiq Gülverdiyevin fəhlə kimi çalışdığı evdə iş yoldaşı ilə mübahisə edib. Nəticədə o, mübahisə zamanı əlinə bıçaq götürərək Ukrayna vətəndaşı olan, hazırda Şərəfə kəndində yaşayan 1972-ci il təvəllüdlü Bəhruz Əliheydər oğlu Quliyevin qarın nahiyəsinə bir neçə zərbə endirib və sonra onun boğazını kəsib. Ağır yaralanan B.Quliyev hadisə yerində dünyasını dəyişib. pizza sifarişi

Faktla bağlı Masallı rayon Prokurorluğu araşdırma aparır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!