Ukraynada DƏHŞƏT: Azərbaycanlıların olduğu maşının üstündən tank keçdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada DƏHŞƏT: Azərbaycanlıların olduğu maşının üstündən tank keçdi

Maraqlı

16 Avqust 2023 11:34 4278


Ukraynada gedən müharibədə əslən Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan 1992-ci il təvəllüdlü Orxan Mahir oğlu Əzizli və 1995-ci il təvəllüdlü Ramiz Abuzər oğlu Qədirli həlak olublar. 

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, rusiyalı hərbçilər Xerson vilayətində Orxan Əzizli və Ramiz Qədirliyə məxsus meyvə dolu yük maşınının üstündən tankla keçiblər. Nəticədə hər iki şəxs həlak olub.  Marqarita pizza

Həmyerlilərimizin cənazəsinin doğulduqları kəndə gətirilməsi gözlənilir.

Modern.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyi iki şəxsin Ukraynada həlak olması barədə xəbəri təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!