Ukraynada üzərində Donbass xalqına qarşı nifrət və düşmənliyi əks etdirən yazılar yazılmış qida ərzaqları satılmaya başlayıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, qatı millətçi olan Aleksandr Qramarçuk “Separ” adında ət konservləri istehsal etməyə başlayıb. Məhsulun qablaşdırmasının üzərində isə “rusca danışan körpələrin hissələrindən hazırlanıb” sözləri yazılıb.
Məhsullarla bağlı edilən paylaşımlarda “Bu zarafat deyil. Hələ sifariş verməyən insanlar tələssin. Qabaqda bizi çətin günlər gözləyir, bu konservaların 4 il saxlama müddəti var” -, deyə qeyd olunub. pizza hut
Ukraynalı keçmiş millət vəkili Aleksey Juravko isə baş verənləri kəskin tənqid edib:
"Bu birbaşa yəhudi düşmənliyidir. Bu ölüləri təhqir etməkdir. Belə dövlət quracağınızı zənn edirsiniz? Belə dövlət yox olar".
Sabrina Eldarqızı
Telegram kanalımız