Ukraynada hökumət üzvləri, hərbçilər, ordu və təhlükəsizlik orqanlarının şəxsi heyəti “Telegram” platformasından istifadə edə bilməyəcəklər.
Yenisabah.az “5.ua”ya istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası qərar verib.
Bu qərar eyni zamanda ölkənin kritik cəhətdən əhəmiyyətli infrastrukturlarının istismarı ilə məşğul olan şirkətlərin əməkdaşlarına da şamil olunacaq. pizza
Bu platformadan xidməti məqsədləri üçün yararlanan şəxslər məhdudiyyətlərdən kənarda qalacaq.
Telegram kanalımız