Ukrayna boksçusu Aleksandr Usik rusiyalı rəqibi Andrey Fedosovla döyüşməkdən imtina edib.
“Yeni Sabah” “İz.ru”-ya istinadən xəbər verir ki, boksçu bu barədə “İnstaqram” hesabında açdığı canlı yayımda danışıb.
Usik bunu idman yarışının siyasi müstəviyə keçməsinə qarşı olması ilə əlaqələndirib. Pepperoni pizza
“Məlumat var idi ki, rəqibim Andrey Fedosov olacaq. Xeyr, o, mənim rəqibim olmayacaq. Niyə? Hələ buna qədər müzakirə etmişdik ki, Aleksandr Povetkin ilə döyüşəcəm. Demişdim ki, bu uşaqlarla döyüşmək istəmirəm, çünki bunu mütləq siyasi müstəviyə çevirib bir-birilərini kobud sözlərlə təhqir edəcəklər. Bu, məni qane etmir və mənə lazım deyil”, - deyə idmançı bildirib.
Boksçu əlavə edib ki, o, rusiyalı idmançılara və onların ailələrinə çox yaxşı münasibət bəsləyir.
Telegram kanalımız