“Ukraynanı bitirək, Azərbaycanla məşğul olacağıq“ -   Rusiyadan növbəti təhdid

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynanı bitirək, Azərbaycanla məşğul olacağıq“ - Rusiyadan növbəti təhdid

Siyasət

19 Dekabr 2022 15:37 124001


"Ukraynada məsələ həll olunanda - o məsələ isə yaya qədər mütləq həllini tapacaq - Rusiya Federasiyasının silahlı qüvvələrinin əl-qolu açılacaq".

Yenisabah.az Milli-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkov deyib.

Obnun sözlərinə görə, Moskva hazırda Bakının "davranışından narazıdır": Pepperoni pizza

"Ordumuza artıq heç nə və heç kim mane ola bilməyəcək. Bax, onda Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək. Rusiya Federasiyası unutmayacaq ki, Azərbaycan hazırda Türkiyə və ABŞ-ın diqtəsi ilə hərəkət edir".

K. Sivkovun sözlərinə görə, hazırda Ukraynada cəbhənin uzunluğu 1000 kilometrdən artıqdır:

"Belarusla Ukraynanın sərhədini də yada salsaq, cəbhə xəttinin hipotetik uzunluğu İkinci Dünya müharibəsindəki miqyasa çatır. Yada salaq ki, o zaman kütləvi səfərbərlik, sənayenin və iqtisadiyyatın müharibə şərtlərinə keçidi və s. vardı.

İndi bunların heç biri Rusiyada yoxdur. Ukraynadakı 1000 kilometrlik məsələni həll edəndən sonra Azərbaycanla məşğul olacağıq. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Sonrasına baxarıq. Biz heç nəyi unutmuruq və unutmayacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rasim
    Axı nəyə görə siz Azərbaycan xalqının ayaqlandığı bir vaxtda hansısa ermənipərəst rus ivanınln fikrini ortaya atırsınız? Siz bilmirsiniz ümumi vəziyyəti? Sizin bu Yazınız düşmənin fikirləridir
    3 years ago
  • Kamran
    Sən Azərbaycanın ,,itiqovanını" yeyərsən
    3 years ago
  • Murad
    Azerbaycana kifayet qeder zerbeler vurmusunuz onsuzda allah sizi mehf etsin bu bes deyil helede hede qorxu gelirsiniz,allahin izni ile yaxin vaxtlarda viran qalar imperyaniz amin
    3 years ago
  • Rəsul
    Azərbaycan xalqının igid oğulları var heç kimdən qorxmur bizim qanımızda Türk qanı axır
    3 years ago
  • Viqar
    Ay sen ölesen
    3 years ago