Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya qarşı vuruşan erməni batalyonunun komandiri döyüşdə öldürüldü

Dünya

09 Fevral 2026 20:54 541


Rusiyada Ukraynaya qarşı vuruşmaq üçün yaradılan "Arbat" xüsusi təyinatlı erməni muzdlu batalyonunun komandiri Ayk Qasparyan ölüb.

"Yeni Sabah" xəbər verir ki, Qasparyan fevralın 9-da döyüş əməliyyatını yerinə yetirərkən öldürülüb.

Bildirilir ki, Qasparyan 2023-cü ildən "Arbat"ın komandiri vəzifəsini yerinə yetirirdi. O, keçmiş "Vaqner" üzvüdür. Rusiya Prezidenti Vladimir Putin 2022-ci ildə onu "Cəsarətə görə" medalı ilə təltif etmişdi. Marqarita pizza

Məlumata görə, "Arbat" 2022-ci ildə kriminal avtoritet Armen Sarkisyan tərəfindən yaradılıb və 2023-cü ildən Rusiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sarkisyan 2025-ci ilin fevralında Moskvada partlayış nəticəsində öldürülüb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!