“Ukraynaya silah, Ermənistana jandarm göndərirlər“ - Xaçikyan

saytların hazırlanması

Evə çatdırılma

“Ukraynaya silah, Ermənistana jandarm göndərirlər“ - Xaçikyan

Rəsmi

24 Fevral 2023 15:14 1239


Qərb Ukraynaya 160 milyard dollar, ən son müasir hərbi texnika – təyyarələr, tanklar, dronlar və sair, Ermənistana isə “gözəl jandarmlar” verir”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

O, Qərbin Kiyevə letal silahlar verməsi faktına toxunub və yaxın gələcəkdə, bir neçə həftə və ya aydan sonra nüvə müharibəsinə səbəb ola biləcək böyük hərbi eskalasiya baş verəcəyini ehtimal edib: pizza sifarişi

Ermənistan-Azərbaycan danışıqlarına, təklif olunan Qərb və Rusiya variantlarına gəlincə, Xaçikyan vurğulayıb ki, hakimiyyət rus variantından uzaqlaşaraq, Qərb variantına yaxınlaşmaqla, 9 noyabr 2020-ci il tarixli razılaşmadan müəyyən qədər uzaqlaşır:

“Rusiya Federasiyasından nə qədər çox ayrılsaq, müqaviləmizin gücünü bir o qədər zəiflədirik. Yəni hansısa yeni razılaşma ola bilər ki, ona əsasən, hansısa gömrük keçid məntəqələri quraşdırılacaq.

Politoloqun sözlərinə görə, rus variantında Qarabağın statusu ilə bağlı məsələnin gələcəkdə müzakirəsi üçün müəyyən imkan var idi, lakin Qərb buna imkan vermir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!