Mayın 4-də İqtisad Universitetində özəl sektor ilə akademik sektorun, təcrübə və nəzəriyyənin görüşü baş tutub. Bu görüş 300 nəfərdən çox insanın marağına səbəb olub.
Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) tərəfindən təşkil olunan “Sabahın Dünyası” başlıqlı, “Təcrübə Danışır” layihəsi keçirilib. Layihə Tələbə Həmkarları İttifaqı Komitəsinin dəstəyi ilə baş tutub.
Tələbələr akademik və nəzəri bilikləri öyrəndikdən sonra, onların hər biri məzun olduqdan sonra özəl sektora doğru yönələcək. Məhz buna görə, özəl sektorda uğur qazanmış təcrübəli insanlar öz uğurlarını, eyni zamanda sektordakı istiqamətin dünəni, bu günü, sabahı haqqında tələbələrə məlumat veriblər. pizza sifarişi
“Sabahın dünyasının insanlardan tələbi nədir?” sualına birlikdə cavab axtarılıb.
Layihədə Brendinq, Influencer Marketinq, Strateji Marketinq, sosial medianın kənd təsərrüfatında rolu, kommunikasiyanın inkişaf mərhələləri, Biznes planın qurulması, dəyişimə fikrən hazırlıq və necə motivasiyalı olmalıdır mövzularda danışılıb.
Sonda tədbir iştirakçılarına sertifikat və müxtəlif hədiyyələr verilib.
Tədbirin spikerləri:
Sanar Məmmədov – “Azərsun Holding” Strateji Marketinq Departamentinin rəhbəri
Cavid Abasov –“Sumqayıt Texno Park (STP)” Marketinq və Kommunikasiya rəhbəri
Hacıağa Əliyev – “Kənd Təsərrüfatı Nazirliyi Aqro Azərbaycan”
Xanım Quliyeva- “Kontakt Home” Marketinq mütəxəssisi
Namiq Bayramov – “Yello Advertising” Təsisçi
Rəsul Həsənov – “Meteor Agentliyi” təsisçi
Elşən Məhərov – “Dəfinə Qrup” MMC təsisçi




Telegram kanalımız