"Unibank Kommersiya Bankı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) törəmə təsərrüfat cəmiyyəti olan "Unicapital İnvestisiya Şirkəti" ASC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Sezar pizza
389-cu maddədə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
"Unibank Kommersiya Bankı" ASC "Unicapital İnvestisiya Şirkəti" ASC-də 100 faiz paya sahibdir.
Telegram kanalımız