“Unicapital” ilə pis başladı: Birja itkiləri 92 milyon manatı ötdü

saytların hazırlanması

Evə çatdırılma

“Unicapital” ilə pis başladı: Birja itkiləri 92 milyon manatı ötdü

İqtisadiyyat

05 Mart 2025 12:14 612


2025-ci ilin yanvar-fevral aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”da apardığı əməliyyatların həcmi 434,4 milyon manat təşkil edib. 

“Yeni Sabah” xəbər verir ki,  investisiya şirkətinin birja əməliyyatları son bir ildə 17,5% və ya 92,1 milyon manat azalıb. Belə ki, 2024-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 526,4 milyon manat təşkil edib.

Son bir ildə yerli birja üzrə bağlanan əqdlərin sayı isə 777-dən 1331-ə yüksəlib. Başqa sözlə, bir əqdin orta dəyəri 677,5 min manatdan 326,3 min manata enib.  Pepperoni pizza

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.  Şirkətin nizamnamə kapitalı 300 min manatdır, qanuni təmsilçisi Vüqar Namazov Faiq oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!