Livanda münaqişənin davam etdirilməsi fəlakətli nəticələrə səbəb olacaq.
Yenisabah.az xəbər verir ki, bunu BMT Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Hiqqins bildirib.
O qeyd edib ki, son sutkada ölkədə əvvəlki 11 ay ilə müqayisədə daha çox uşaq öldürülüb: pizza mizza
"Dünən ən azı 35 uşaq ölüb, bu, Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur, Bir neçə uşaq hələ də dağıntılar altında qalıb. Bu münaqişənin davam etməsi Livandakı bütün uşaqlar, xüsusən də evlərini tərk etmək məcburiyyətində qaldıqları ölkənin cənubunda və Livanın şərqindəki şəhər və qəsəbələrdəki ailələr üçün fəlakətli nəticələrə səbəb olacaq".
Telegram kanalımız