“Ünvanlı sosial yardımla bağlı bəzi problemlər qalmaqdadır”

saytların hazırlanması

Evə çatdırılma

“Ünvanlı sosial yardımla bağlı bəzi problemlər qalmaqdadır”

Sosial

27 Fevral 2019 19:55 933


“Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilən qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilən çatışmazlıqlar davamlı olaraq təkmilləşdirilməkdədir”. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.

Qeyd olunub ki, ailə təmsilçilərinə fərdi kommunikasiya vasitələrindən və infoköşklərdən istifadə etməklə müraciət etmək imkanı yaradılıb: “Buna baxmayaraq, süründürməçilik və pozuntularla bağlı şikayətlərin təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır”. pizza sifarişi

Bildirilib ki,  ötən il Müvəkkilin tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar, pensiya yaşına çatan, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə baş çəkib, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırıb, sakinlərlə görüşüb, bir qayda olaraq, rəftar və şərait qənaətbəxş qiymətləndirilib, bir sıra tövsiyələr verilib: “Şikayətlərin təhlil nəticəsində bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!