Ürək-damar cərrahı: “Qızlar siqaret çəkməsin” - Video

Ürək-damar cərrahı: “Qızlar siqaret çəkməsin” - Video

Sağlamlıq Saytların hazırlanması

03 Noyabr 2022 00:46 2941


“Süni ürək köçürülən insanların xarakteri, hissləri dəyişmir. Bu da onu göstərir ki, ürək əslində hissiyyat dünyamızda mərkəzi rol oynamır”.

Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı ürək-damar cərrahı Kamran Musayev deyib.

Həkimin sözlərinə görə, sevilmək dünyanın ən müsbət hissidir. Bu insanlarda ürək xəstəliklərinə daha az rast gəlinir. “İnsan ürəyi hər cür yükü daşıyır, onun daşıya bilməyəcəyi yük yoxdur”, - deyə ürək yorğunluğundan danışan cərrah qeyd edib.

K.Musayev açıq ürək əməliyyatının çətinliklərindən, kişilərin qadınlardan daha çox infarkt keçirməsindən də bəhs edərək ürək xəstəliklərinin qarşısını almaq üçün tövsiyələr verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!