Uşağa Putin adını vermək qadağan olundu   - İsveçdə

saytların hazırlanması

Evə çatdırılma

Uşağa Putin adını vermək qadağan olundu - İsveçdə

Maraqlı

11 Sentyabr 2021 10:20 749


İsveçdə körpəsinə Rusiya prezidenti Vladimir Putinin adını qoymaq istəyən ailəyə icazə verilməyib.

Yenisabah.az xəbər verir ki, səbəb olaraq sözügedən adın gələcəkdə uşağda tramvaya səbəb ola biləcəyi göstərilib. Uşaqlara güclü xarakter adlarının verilməsinin düzgün olmadığı deyilib.

Xatırladaq ki, 2009-cu ildə Malmödə yaşayan bir ailənin də körpəsinə "Allah" adı qoyma istəyini rədd edilmişdi. İsveçdə uşaqlara "Şeytan" adını vermək də qadağandır.  Dominos pizza

"İsveç Ad Qanunu" na görə, valideynlər doğumdan sonra 3 ay ərzində uşağına vermək istədikləri adı Vergi İdarəsinə bildirməlidirlər. Sözügedən qanun 1982-ci ildə əsilzadə olmayan ailələrin övladlarına soylu ailələrin adlarının verilməməsi üçün qəbul edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!