Uşağın ölü doğulması ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Uşağın ölü doğulması ilə bağlı cinayət işi başlandı

Kriminal

20 Dekabr 2019 04:33 1123


Masallı rayonunda oğlan uşağının ölü doğulması ilə bağlı cinayət işi başlanıb.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, hadisə Masallı rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Türkoba kənd sakini, 1999-cu il təvəllüdlü Ağarzayeva Aysel Zeydulla qızının ölü oğlan uşağı dünyaya gətirməsi barədə polisə məlumat daxil olub. Dominos pizza

İlkin araşdırmalar zamanı məlum olub ki, A.Ağarzayeva dekabrın 18-də səhər saat 06 radələrində xəstəxanaya daxil olub, axşam saat 20:40 radələrində təbii doğuşla ölü oğlan uşağı dünyaya gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!