Uşaqlar üçün bu mərkəzlərin sayı 116-ya çatdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlar üçün bu mərkəzlərin sayı 116-ya çatdırılacaq

Sosial

03 İyun 2019 12:32 804


Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı qeyd olunan insanlara reabilitasiya yönümlü sosial xidmətlərin göstərildiyi mərkəzlərin sayının dəfələrlə artırılmasına imkan verib. 

“Yeni Sabah” xəbər verir ki, sənədə əsasən, sosial xidmətlər sahəsində yeni istiqamətlər kimi, ayrı-ayrı kateqoriyalar üzrə yeni dəstək mərkəzləri də yaradılacaq. 

Sərəncamla xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.  pizza hut

Bu əsasda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri üzrə müvafiq sahələrdə ixtisaslaşmış QHT-lər tərəfindən cari ildə ölkəmizin şəhər və rayonlarında daha 30 günərzi qayğı və 36 icma əsaslı sosial reabilitasiya mərkəzi yaradılmaqla, bu kimi mərkəzlərin sayı 50-dən 116-ya çatdırılacaq.

Sosial sifarişlər əsasında autizm və daun sindromlu uşaqlar üçün 1 psixoloji yardım mərkəzi fəaliyyət göstərirdisə, belə mərkəzlərin sayının 15-ə, surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatırılması təmin ediləcək. Görmə imkanları məhdud uşaqlar  üçün əlavə 2 reabilitasiya mərkəzi də yaradılmaqla, artıq 3 belə mərkəz, həmçinin sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək göstərilməsi üçün 10 mərkəz, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün (hazırda bu məqsədlə 1 mərkəz var) 15 mərkəz fəaliyyət göstərəcək.

Sosial xidmət sahəsində yeni istiqamət kimi, nazirliyin sosial sifarişləri üzrə ahıllar üçün də 5 günərzi mərkəzi yaradılacaq. Əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası da diqqətdə saxlanılmaqla, bu məqsədlə 10 mərkəzin, insan alveri qurbanları üçün isə 3 reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur.

Beləliklə, sosial sifarişlər əsasında icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə hazırda olduğundan 3,5 dəfə çox olmaqla 200-ə yaxın mərkəz xidmət göstərəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!