Uşaqların vaksin edilməsi təqdirəlayiqdir -   İşçi qrupun rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

Uşaqların vaksin edilməsi təqdirəlayiqdir - İşçi qrupun rəhbəri

Sağlamlıq

19 Mart 2021 11:40 835


Ümumdünya Səhiyyə Təşkilatı 18 yaşadək uşaqlara COVİD-19-a qarşı vaksinin vurulmasını tövsiyə etmir. Lakin uşaqlar və hamilələr üzərində aparılan təcrübəyə əsasən, uşaqlar üçün də bu vaksini tətbiq etmək olar.

Yenisabah.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların vaksin edilməsi təqdirəlayiqdir. Çünki virusa qarşı qabaqlayıcı tədbirin aparılması üçün bütün yaş qrupları vaksinasiya olunmalıdır. Dominos pizza

V.Əliyev bunu da qeyd edib ki, COVİD-19-a qarşı vaksinasiyadan əvvəl insanların testdən keçməsinə ehtiyac görülmür:

"Bununla bağlı məcburiyyət yoxdur, ancaq şəxs özü istəyərsə, testdən keçə bilər. Daha əvvəl virusa yoluxub orqanizmində antitelin yaranması da vaksinasiya üçün əks-göstəriş deyil". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!