ÜST-dən yeni pandemiya xəbərdarlığı

saytların hazırlanması

Evə çatdırılma

ÜST-dən yeni pandemiya xəbərdarlığı

Sağlamlıq

29 Yanvar 2021 00:45 1320


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Nipah” (NiV) adlı yeni virusun dünyada növbəti pandemiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, yeni virusdan ölüm ehtimalı 40-75% arasında dəyişir. İnfeksiya çox sürətlə yayılır.

NiV virusu ilk dəfə 1999-cu ildə Malayziyada aşkar olunub. Donuzçu fermerlər arasında rast gəlinən bu xəstəlik artıq 12 dəfə Cənubi Asiyada lokal epidemiyaya səbəb olub. pizza sifarişi

Xəstəlik əlamətsiz keçir. Onun müalicəsi isə hələlik mümkün deyil. Virus xəstə heyvanlardan, yaxud da onların toxunduğu meyvələrdən insana ötürülür.

Odur ki, ÜST ekspertləri meyvələri daha diqqətlə yumağı məsləhət görürlər.  /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!