ÜST rəhbərindən bədbin açıqlama:   Dünyada koronavirusa yoluxanların sayı...

saytların hazırlanması

Evə çatdırılma

ÜST rəhbərindən bədbin açıqlama: Dünyada koronavirusa yoluxanların sayı...

Sağlamlıq

20 Mart 2021 19:49 1492


Altı həftə müşahidə edilən azalma tempindən sonra dünyada koronavirusa yoluxanların sayı artıq dörd həftədir ki, ardıcıl olaraq artır. Bu, həyəcan doğuran tendensiyadır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə söyləyib.

“Yanvar və fevral aylarında müşahidə edilən COVID-19-a gündəlik yoluxma hallarının sayındakı azalma tempindən sonra biz, dörd həftədir ki, ardıcıl davam edən artımın əhatə dairəsindəyik. Bu, həyəcanverici tendensiyadır. Biz, əvvəlki kimi koronavirus növlərinin və vaksinlərin qeyri-bərabər tətbiqinin cəmiyyətə və epidemioloji vəziyyətə neqativ təsirlərinin nəticələrini görürük”, - deyə baş direktor qeyd edib. Dominos pizza

ÜST rəhbəri onu da vurğulayıb ki, koronavirusdan ölüm hallarının sayında azalma müşahidə olunsa da, bu əvvəlki dövrlə müqayisədə daha yavaş templə davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!