Astara rayonundan olan Mələkxanım adlı gənc qadın həyat yoldaşının uşağını onun əlindən zorla aldığını deyib. Qadının sözlərinə görə, həyat yoldaşı ona müxtəlif işgəncələr verib, mütəmadi olaraq, fiziki və mənəvi təzyiqlərə məruz qoyub. Qarşı tərəf bu ittihamları rədd edib. Əri Mələkxanımı əyri yollara düşməkdə, yad kişilərlə görüşməkdə suçlayıb.
“Yeni Sabah” xəbər verir ki, “Gəl dərdini danış” verilişidə səslənən bu ittihamlarla bağlı proqramda iştirak edən tanınmış jurnalist Seymur Verdizadə məsələyə sərt reaksiya verib. Jurnalist deyib ki, Azərbaycanda boşanma mədəniyyətinin aşağı olması cəmiyyətdə mənəvi deqradasiya səbəb olub: “Hansı qadın boşanırsa, deyir ki, ərim norkamandır. Arvadından ayrılan kişilərin çoxu isə həyat yoldaşını əxlaqsızlıqda günahlandırır.
Dəfələrlə şahidi olmuşam ki, studiyaya gələn kişilər utanmadan arvadlarının fahişə olduğunu deyirlər. Hansı ki, pozğun dedikləri qadın onlarln uşaqlarınln doğma anasıdır. Çoxu aliment verməmək üçün bu cür rəzillik edir. Hətta utanmadan bu sözləri hər gün uşaqlarının qulağına pıçıldayırlar. Ola bilsin ki, sənin övladın bu gün uşaqdlr, həyatı başa düşmür. Amma həmişə uşaq olmayacaq. Sabah böyüyəndə, həyatı başa düşəndə yaxandan yapışıb səni ittiham edəcək. Deyəcək ki, sən necə kişisən ki, arvadın fahişə olub. Dominos pizza
Uşaqları aranızdakı intriqaya alət etməyin. Onlara sevgi hissi aşılayın”.
Telegram kanalımız