Portuqaliyada üzü olmayan körpə dünyaya gəlib.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, dünyaya göz açan körpənin burnu, gözləri və kəllə sümüyünün yarısı olmayıb.
Körpənin valideynləri həkimlə bağlı prokurorluğa müraciət ediblər. Doğuşu aparan həkim Artur Karvalho polis tərəfindən saxlanılıb. pizza hut
Bildirilir ki, körpənin anası hamiləlik zamanı 3 dəfə ultrasəs müayinəsindən keçib. Ancaq həkim körpədə hərhansı bir anormal halın olduğunu anlaya bilməyib.
Qeyd edək ki, bir neçə saat ömrü olacağı təxmin edilən körpə hələ də sağdır. Onun müalicəsi davam etdirilir.
Sabrina
Telegram kanalımız