Uzunömürlülərdə bu xəstəliklər çox az qeydə alınır

saytların hazırlanması

Evə çatdırılma

Uzunömürlülərdə bu xəstəliklər çox az qeydə alınır

Sağlamlıq

30 Mart 2021 10:15 745


Azərbaycanda uzunömürlülərlə bağlı aparılmış tədqiqatlar onu göstərir ki, onlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır.

Yenisabah.az xəbər verir ki, bunu AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, tədqiqatın nəticələri əsasında məlyum olub ki, uzunömürlülərdə güclü adaptiv kompensator və genetik faktorlar hesabına patolji və invalyusion dəyişikliklər letal sonluğa gətirib çıxarmır. pizza sifarişi

S.Hüseynova qeyd edib ki, uzunömürlülərin yaxın qohumlarında irsi faktor özünü daha qabarıq göstərir:

"Belə ki, eyni ekoloji şəraitdə yaşamaqlarına baxmayaraq, kontrol qrupa nisbətən uzunömürlülər daha güclü adaptasiya imkanlarına malik olduqlarından onlarda yaşla bağlı xəstəliklər çox az qeydə alınır. Cənub bölgəsində yaşayan uzunömürlülər reproduktiv funksiyaların uzunmüddətli saxlanması ilə də fərqlənirlər". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!